TİRƏ ADA

vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir. Bax: Adalar qövsü. Р–гряда островная island ridge
TİRƏ
TİRƏ RELYEFİ
OBASTAN VİKİ
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.
Elsmir (ada)
Elsmir (ing. Ellesmere Island, fr. Île d'Ellesmere) — Kanadanın ucqar şimalda yerləşən, Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelizaveta adaları qrupuna daxildir. Nunavut vilayətinin Kikitani ərazisində yerləşir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhədi keçir. Ada ərazisində nəsli kəsilmiş heyvan qalıqlarına rast gəlinir. == Coğrafiyası == Adanın sahəsi 196 236 km² təşkil edir. Kanadanın sahəsinə görə üçüncü, dünyada isə onuncu yerdə gedir. Ən hündür nöqtəsi Barbo zirvəsidir (2616 м), üstəlik bu zirvə Nunavut vilayətinin ən hündür zirvəsidir.
Emerald (ada)
Emerald (ing. Emerald Isle) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxil olan ada. Hal-hazırda adada yaşayış yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelizaveta adalarının qərbində, Melvill adasından 26 km, Şahzadə-Patrik adasından isə 27 şərqdə yerləşir. Adadan 24 km şimalda Fiçuilyam-Oven və Eyt-Bears adaları yerləşir. Adanın sahəsi 549 km², sahil xəttinin uzunluğu — 117 km təşkil edir. Onun uzunluğu (şərqdən qərbə) 36 km, maksimal eni 22 km-dir.
Farsi (ada)
Farsi adası (fars. جزیره فارسی‎) — Fars körfəzində İrana məxsus adalardan biridir.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. == Coğrafiyası == Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Freyzer (ada)
Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada. == Coğrafiyası == Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir. Freyzer adası dünyada ən böyük qumlu adadır. Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur.
Haiti (ada)
Haiti (isp. La Española, fr. Hispaniola, h.kreol Ispayola) — Karib dənizində ada. Vest-Hinddəki Böyük Antil adaları qrupunda böyüklüyünə görə ikincidir. Ada ərazisində iki dövlət — Haiti və Dominikan respublikaları yerləşir.Tropik qurşaqda yerləşir.
Halmahera (ada)
Halmahera adası (ind. Pulau Halmahera) — Malay arxipelaqına aid (Molukk adalarının ən iri adalarından biri) İndoneziyaya məxsus ada. == Coğrafiya == Sahəsi 17 780 km². Ərazi dağlıqdır (ən hündür yeri Hamkоnоrа vulkanıdır (1560). Adada fəaliyyət göstərən Dukono və İbu vulkanları vardır. Ekvatorial iqlimi hakimdir. Bütün il boyu temperatur 25–28°S, illik yağıntı isə 2000–3000 mm təşkil edir. Ərazi bütünlüklə həmişə yaşıl meşələrlə örtülüdür. == Tarixi == Halmahera adası əvvəllər Ternate və Tidore adalarında asılı olmuşdur. Sonradan isə ada güçlü kralıqın ərazisini təşkil edirdi.
Hokkaydo (ada)
Hokkaydo (yap. 北海道), əvvəllər Eco — Yaponiyanın sahəsinə görə ikinci ən böyük adasıdır. 1859-cu ilə qədər ada həmcinin Masuma feodal soyadına mənsub olmuşdur. == Coğrafiyası == Hokkaydo adası Yaponiyanın şimalında yerləşir. Onun yerləşdiyi enlik üzrə Avropa və Amerikada kifayət qəfər iri şəhərlər olmasına baxmayaraq burada demık olar ki, iri şəhərlər yoxdur. Adanı şimaldan soyuq Yapon dənizinin suları yuyur. Adanın ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Belə ku, tən ortasından dağ silsiləsi keçir. Bu silsilə adanı demək olar, ki coğrafi baxımından iki yerə bölür. Ən hündür zirvəsi Asahi dağıdır.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kapri (ada)
Kapri (it. Capri) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Roma Respublikası dövründən tanınan dəniz kurortu. Kaprinin gözəl mənzərəsi haqqında hədsiz mübaliğələr mövcuddur. "Şairlər Kaprini yatmış sfinks və ya antiq sarkofaqla müqayisə edirlər". "Necə ola bilər ki, o, burada yaşasın və belə qəddar olsun. Necə ola bilər ki, onun canı belə bir parlaq səmalı torpaqda belə miskin olsun. Necə ola bilər ki, buranı tərk edib başqa, daha günahsız, ömrünün son üç ilini yaşamış olduğu, hələ də onun adını daşıyan, şərq qayalıqdakı iqamətgaha çəkiləsən?" == Mavi mağara == == Məşhur sakinləri == Adada müxtəlif dövrlərdə bir çox tanınmış şəxsiyyətlər yaşamışlar. Tiberi Aksel Munte Hər yaz fəslini Kapridə tikdirmiş olduğu "Sehirli San Mikele qəsrdə" keçirərmiş.
Karvansaray (ada)
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Kipr (ada)
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Koburq (ada)
Koburq — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. 300 metr uzunluğa malikdir. Xüsusi ilə seçilən hündürlüyü yoxdur. Yayda buzdandan azad olur.
Komsomoles (ada)
Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur. Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür. Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur.
Komsomolets (ada)
Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur. Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür. Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur.
Kotelnı (ada)
Kotelnı (saxa Олгуйдаах арыы) — Yeni Sibir adalarıının Anju qrupuna daxil olan ən iri adadır. Onun sahəsi 23,200 km² təşkil edir. Bunqe Torpağı və Faddeyevski yarımadası istisna olarsa sahəsi 11700 km² -dir. Adanın ən hündür nöqtəsi — Malakatın-Tas dağıdır (361 м) 074°52′18″ şm. e. 138°45′26″ ş. u.(339 m). Ada 1773-cü ildə rus taciri İvan Lyaxovski tərəfindən kəşf edilir. Ada Ust-Lensk dövlət təbiət qoruğunun ərazisinə daxildir. Bunqe Torpağı və Faddeyevski yarımadası bəzi xəritələrdə ayrı göstərilir.
Kyuşu (ada)
Kyuşu (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir. Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir. == Coğrafiyası == Kyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur. Qərbi istisna olmaqla sahilləri parçalıdır.